Baden-Badendə keçirilən sığorta və təkrar sığorta həftəsində “Azərbaycan gecəsi” təşkil olunacaq

15:33 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri rəhbərlərinin iştirakı ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) təsisçilərinin ümumi yığıncağı keçirilib.
Sığortaçılar Assosiasiyasından AzərTAc-a bildiriblər ki, iclasda 2014-cü ilin büdcəsinin hesabatı verilib, 2015-ci ilin büdcəsi və il ərzində görüləcək işlərin planı ətrafında müzakirələr aparılıb.
İclasda sığorta agentlərinin III Milli Forumunun fevral ayının sonunda Bakıda keçirilməsi qərara alınıb. 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumunun isə iyulun əvvəlində keçirilməsi haqqında qərar verilib.
Həmçinin, Almaniyanın Baden-Baden şəhərində ənənəvi olaraq keçirilən sığorta və təkrar sığorta həftəsində “Azərbaycan gecəsinin” təşkili məsələləri də müzakirə olunaraq qərar qəbul olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR