x
Loading...

Mütaliənin inanılmaz FAYDALARI

Mütaliənin inanılmaz FAYDALARI
22:47 8 Avqust 2015
124 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yaxşı kitab oxumaq insanın digərləri ilə ümumi dil tapmaq qabiliyyətini artırır. 

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Britaniyanın "Reading Agency" mütaliəyə yardım xeyriyyə fondunun sifarişi ilə aparılmış tədqiqatların nəticələrində deyilir. Aydınlaşdırılıb ki, zövq almaq üçün edilən mütaliə böyüklərə və uşaqlara təkcə nə isə yeni bir şey öyrətməklə qalmır. Mütaliə həm də insanların bir-birilərilə ünsiyyətinə müsbət təsir göstərir. 

Oxumaq uşaqlarda emosional kefiyyətlərin formalaşmasına da kömək edir. Aparılan araşdırmaların nəticələrinə görə, mütaliə sevinc, rahatlıq hissi ilə birbaşa bağlıdır və insanı keçici bir müddətə də olsa, gerçəklikdən yayındırır. 

Dörd min insanın iştirak etdiyi araşdırma müəyyən edib ki, mütaliədən alınan zövq, həzz insanın ruhi və fiziki sağlamlığının profilaktikasında əhəmiyyətli rola malikdir. Müəyyən edilib ki, müntəzəm olaraq mütaliə ilə məşğul olan insanlar: 

• stress və depressiyaya daha az məruz qalırlar 
• daxili ləyaqət hissinin çatışmazlığından əziyyət çəkmirlər 
• çətin situasiyalardan daha yaxşı çıxa bilirlər 
• daha sağlam yuxu yatırlar 

Almaniyada savadlılıq və emosional keyfiyyətlərin formalaşması arasındakı qarşılıqlı əlaqəni aydınlaşdırmaq məqsədilə 7-10 yaşlı uşaqlar arasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, sinifdən xaric dərnəklərdə oxunan və sonradan qruplarda müzakirə edilən kitablar uşaqlarda söz ehtiyatının genişlənməsinə, bilik səviyyəsinin artmasına, emosiyaları dərk etmələrinə çox böyük təsir göstərir. Maraqlı bir fakt da aydın olub ki, mütaliə qızlara nisbətən oğlanlara, onların gizli hissləri duymaq qabiliyyətinin inkişafına daha yaxşı təsir edir. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR