x
Loading...

"Yuventus"dan "Qızıl het-trik" (VİDEO)

"Yuventus"dan "Qızıl het-trik" (VİDEO)
22:51 8 Avqust 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya Super Kubokunun qalibi müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, Super Kubok görüşündə son çempion “Yuventus” kubokun finalçısı "Latsio"nu qəbul edib.

Qarşılaşma Turin klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 69-cu dəqiqədə Mario Mandzukiç açıb. 4 dəqiqə sonra isə Paulo Dibala fərqlənib.


Mario Mandzukiç

Bununla da "Yuventus" "Qızıl het-trik" edib. Belə ki, Turin klubu son mövsümdə həm A Seriyasının, həm də İtaliya Kubokunun qalibi olmuşdu. Komanda kubokun finalında məhz "Latsio"nu yenmişdi (2:1). "Yuventus" tariхi ərzində 7-ci dəfə Super Kuboka sahib çıхıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=357489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR