Qusar Dövlət Ləzgi Dram Teatrında ilin ilk tamaşası VİDEO

Qusar Dövlət Ləzgi Dram Teatrında ilin ilk tamaşası   VİDEO
15:33 26 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+


Qusar, 26 yanvar, Elxan Yusifli, AzərTAc 
Qusar Dövlət Ləzgi Dram Teatrında 2015-ci ilin ilk tamaşasının premyerası olub.
AzərTAc xəbər verir ki, kollektiv Yeni ilə yerli dramaturq Etibar Sudurlunun “Buba” adlı pyesi əsasında hazırlanan tamaşa ilə başlayıb.
Teatrın bədii rəhbəri Faiq Qardaşov AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, 40 yaxın aktyorun yer aldığı səhnə əsərinin ərsəyə gəlməsi üçün teatrın kollektivi 3 ay gərgin məşqlər keçib. Ləzgi dilində təqdim olunan tamaşada gənc oğlan və qız arasındakı ülvi məhəbbətdən, onların birlikdə olmaq üçün apardıqları mübarizədən bəhs olunur.
Şəhər sakinlərinə Qusar Mədəniyyət Sarayında təqdim olunan tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Teatrın kollektivi qarşıdakı günlərdə yeni tamaşanı kənd klublarında da tamaşaçılara təqdim edəcək.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR