Qəsdən törədilmiş yanğında övladını itirmiş ata ölüb

Qəsdən törədilmiş yanğında övladını itirmiş ata ölüb
00:36 9 Avqust 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Evinə od vurulması nəticəsində 18 aylıq övladını itirmiş fələstinli ata zədələrinə görə keçinib.

ANS PRESS-in məlumatına görə, 32 yaşlı Saad Davabşa İsraildəki hospitalda bədənindəki ikinci dərəcəli yanığa görə müalicə alırdı.

Onun oğlu, 18 aylıq Ali iyulun 31-də Duma kəndində yerləşən evlərinin qəsdən yandırılması nəticəsində ölmüşdü. Onun anası və dörd yaşlı qardaşının da vəziyyəti ağırdır. Şənbə günü Dumada Saad Saad Davabşanın dəfn mərasimində yüzlərlə insan iştirak edib.


Saad Saad Davabşanın dəfn mərasimində yüzlərlə insan iştirak edib

Keçən həftə gecə vaxtı baş vermiş hücumda ailənin kiçik evi yandırılmış və yəhudi dilində “qisas” sözü yazılmışdı. İsrail baş naziri Benjamin Netanyahu hücumu “terror aktı” adlandırıb.

Həmçinin oxuyun: İranda jurnalist günü qeyd edilib

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR