“Nizaməddin Şəmsizadə. Biblioqrafiya”kitabı nəşr olunub

15:33 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşəbbüsü ilə “Nizaməddin Şəmsizadə. Biblioqrafiya” kitabı nəşr olunub.
AzərTAc xəbər verir ki, Azərbaycanın elm və mədəniyyət xadimləri seriyasından, “Elm” nəşriyyatı tərəfindən işıq üzü görən kitab dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin zəngin və mənalı yaradıcılıq yoluna işıq salır.
Biblioqrafiya N. Şəmsizadənin həyat və yaradıcılığını, 1978-2014-cü illər arasında çap olunmuş kitab, monoqrafiya, pedaqoji proqram, metodik vəsait, ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalələrini, müsahibələrini, elmi rəhbərliyi, rəsmi elmi opponentliyi haqqında məlumatları əhatə edir. Eyni zamanda, nəşrə elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri də daxil edilib.
Kitabın tərtibçi-müəllifləri, filologiya üzrə fəlsəfə doktorları Əmin Əfəndiyev və Zakirə Əliyeva, redaktor və “Ön söz” müəllifi filologiya üzrə fəlsəfə doktoru Müşfiq Babayevdir.
Bu biblioqrafik göstərici milli Azərbaycan ədəbiyyatşünaslıq elmi, ədəbiyyatı, fəlsəfi-ictimai fikri, mədəniyyəti, təhsili sahəsində böyük xidmətləri olan, konseptual əsrlər yazmış görkəmli nəzəriyyəçi alim Nizaməddin Şəmsizadə yaradıcılığı haqqında oxucularda dolğun təsəvvür formalaşdıracaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizameddin_Semsizade_Biblioqrafiyakitabi_nesr_olunub-827517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR