“Neftçi”nin Müşahidə Şurasının üzvü, veteran futbolçu Mübariz Zeynalov vəfat edib. Apasport.az saytının məlumatına görə, bu barədə klubun rəsmi “facebook” səhifəsindən məlumat verilib.
Qeyd edək ki, 70 yaşlı veteran futbolçu yaxın zamanlarda ürəyindən əməliyyat keçirmişdi.