Quba yolunda ağır qəza: ölən var

Quba yolunda ağır qəza: ölən var
04:06 9 Avqust 2015
263 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadənv erdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Taxtakörpü qəsəbəsi, Bakı-Quba yolunun 118-ci kilometrliyində 1992-ci il təvəllüdlü İlkin Elçin oğlu Muradova məxsus “Toyota” markalı minik avtomobilinin yolun kənarındakı dəmir səttlərə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü İ.E. Muradov vəfat etmiş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=357502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR