x
Loading...

Türkmənistan bu gün “Yemiş Günü”nü qeyd edir

Türkmənistan bu gün  “Yemiş Günü”nü qeyd edir
04:19 9 Avqust 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Türkmənistanda avqustun 9-da “Yemiş Günü” qeyd olunur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müasir  Türkmənistanın ən populyar bayramlarından biri olan milli “Yemiş Günü” 1994-cü ildən qeyd edilir.

 

Məlumata görə, “Yemiş Günü”nə həsr olunmuş bayram tədbirləri ölkənin bütün bölgələrində bir neçə gün davam edəcək. Belə ki, ölkənin bütün vilayətlərində yemiş müsabiqələri keçirilir, konkurslarda çəkisi 15 kq-dan çox yemişlər və 30 kq-dan çox olan qarpız və boranılar təqdim olunur.  

 

Əsas bayram tədbirləri bu gün Aşqabaddakı Müstəqillik parkında keçiriləcək. Bayram tədbirləri çərçivəsində müsabiqə və konsert keçiriləcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/211026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR