x
Loading...

ABŞ-da polis 6 nəfəri bıçaqlayan şəxsi güllələdi

ABŞ-da polis 6 nəfəri bıçaqlayan şəxsi güllələdi
05:29 9 Avqust 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Lonq Biç şəhərində (Los Anceles dairəsi) polis əməkdaşları gecə saatlarında sanatoriyada müalicə alan  6 nəfərə bıçaq xəsarətləri yetirən şəxsi güllələyiblər. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə KTLA telekanalı məlumat yayıb.  

 

Xəsarət alanlar arasında 3 qadının olduğu bildirilir.

 

Hadisə yerinə çağırılan polis patrulu bıçaqla silahlanmış şəxsi məhv edib.

 

Xəsarət alanlardan 5-i xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/211028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR