İranın xarici işlər naziri Ermənistana gedir

İranın xarici işlər naziri Ermənistana gedir
15:38 26 Yanvar 2015
59 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dəvəti ilə İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif bu gün Yerevana gedəcək.

Trend “Tert.am” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin yaydığı məlumatda deyilir.

İkigünlük səfəri çərçivəsində M.C.Zərifi Ermənistanın dövlət başçısı Serj Sarkisyan qəbul edəcək.

İranın xarici işlər naziri ilə Ermənistan parlamentinin spiketi Qalust Saakyan və Baş nazir Ovik Abramyan arasında görüşlər də nəzərdə tutulub.

Məlumata görə, yanvarın 27-də Ermənistan və İran xarici işlər nazirləri arasında danışıqlar, daha sonra isə birgə mətbuat konfransı keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2357179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR