50 terrorçu məhv olundu

50 terrorçu məhv olundu
10:05 9 Avqust 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Suriya ordusu Latakiya bölgəsinin Rəbiyyə yaşayış məntəqəsində "Cəbhə ən Nüsrə" terror qruplaşmasının 50-dən çox əcnəbi silahlısını məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, canlı qüvvədən başqa, 10-dək hərbi texnika sıradan çıxarılıb, müasir rabitə vasitələri və xeyli silah-sursat aşkarlanıb. Məhv edilənlərin əksəriyyəti əcnəbi muzdlulardır.
 
Məlumata görə, suriyalı hərbçilər hücuma keçən  silahlıları vaxtında aşkarlayaraq təyyarələrdən  və artilleriyadan zərbələr endiriblər.
 
Qeyd edək ki, bundan bir gün əvvəl Latakiya şəhəri ilə Türkiyə sərhədi arasında şəhərə soxulmağa can atan "Cəbhə ən Nüsrə" qruplaşmasının 37 silahlısı məhv edilib.   
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR