Bakıda qadını alovlardan çıxardılar

Bakıda qadını alovlardan çıxardılar
10:22 9 Avqust 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ötən gecə yaşayış binasında yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin  (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb. Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavanı 4 kv.m sahədə və plastik qapı əriyib. Yanğın zamanı ev sahibinin həyat yoldaşı yanğınsöndürənlər tərəfindən xilas olunub və aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR