500 şaxtaçı yerin altında qaldı

500 şaxtaçı yerin altında qaldı
15:41 26 Yanvar 2015
120 Dünya
Ölkə mətbuatı
A- A+

Donetskidə beş yüzə yaxın şaxtaçı yerin altında qalıb.

ANS PRESS-in məlumatına görə, Aleksandr Zasyadko adlı mədəndə işləyən şaxtaçıların yerin üstünə çıxmasında problem yaranıb.

Donetsk Xalq Respublikası Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yayıb. Nazirliyin nümayəndəsinin sözlərinə görə, Kiyev rayonundakı elektrostansiyada cərəyan kəsilib. Elektrik cərəyanının kəsilməsinə səbəb şəhərdəki atışma zamanı dəyən mərmilər olub.

Saat 12-də yarımstansiya birində Zasyadko adına şaxtanı elektriklə təchiz edən hədəf vurulub. İndi 496 şaxtaçı torpağın altında qalıb. Hazırda onların yuxarıya çıxarılması üzərində iş gedir", - deyə nümayəndə bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR