Məlahət Abbasova Rasim Balayev haqqında: "Siz həmişə mənimləsiz"

Məlahət Abbasova Rasim Balayev haqqında: "Siz həmişə mənimləsiz"
11:17 9 Avqust 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az gecce.az-a istinadən bildirir ki, avqustun 8-də doğum gününü qeyd edən xalq artisti Rasim Balayev haqqında Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova ürək sözlərini yazıb. Sənətdə ilk uğuru üçün Rasim Balayevə minnətdar olan Məlahət xanım bunları qeyd edib:

"Həyatımın ən böyük şansı belə bir dəyərli aktyorla eyni filmdə oynamaqdır. Bunun üçün Allahıma hər gün dua edirəm. Mənə yaşatdığı və həyatımı dəyişdirən bu gözəllik üçün... Rasim Balayev adı mənim uğurumdur. "Sən həmişə mənimləsən" tamaşasında qarşılaşdığımız o ilk an, çalışmalarımız, çəkilişlərimiz, zarafatlar hələ də gözümün önündə. Allahdan ona can sağlığı, xoşbəxtlik və uğurlar diləyirəm. Yaxşıki varsınız Rasim müəllim! Yaxşıki sizi tanımışam. Sizinlə işləmək Allahın mənə bir lütfi idi. Allah sizi başımızın üstündən əskik etməsin. Dəyərli, nadir, yeri heç vaxt doldurulmayacaq əvəzedilməz gözəl sənətkar, gözəl insan. Siz həmişə mənimləsiz!
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/361766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR