Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist dünyasını dəyişib

Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist dünyasını dəyişib
12:04 9 Avqust 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Həkimlər xəstənin daxili qanaxma nəticəsində dünyasını dəyişdiyini bildirirlər

Ötən gün döyüldüyü üçün xəstəxanaya yerləşdirilən jurnalist Rasim Əliyev orda dünyasını dəyişib.

 

Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.

 

Qeyd edək ki, R. Əliyev ötən gün bir qrup şəxs tərəfindən döyülüb. O, onu döyənlərin futbolçu Cavid Hüseynovun qohumları olduğunu iddia edib. Buna səbəb kimi “facebook” sosial şəbəkəsində C. Hüseynovla bağlı yazdıqlarını göstərib.

 

 

R. Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/211032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR