Xüsusi versiyalı McLaren P1 - FOTO

Xüsusi versiyalı McLaren P1 - FOTO
12:05 9 Avqust 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

"McLaren" şirkəti sportkar "P1"-in xüsusi versiyasını hazırlayıb. Yeniliyin düzəldilməsində mühəndislər karbon elementlərdən fəal surətdə istifadə ediblər. Avtomobilin qapıları, arxa qanadları, güzgüləri, qabaq bamperi və yan güzgüləri karbon plastikdən hazırlanıb. Ban narıncı "Volcano Orange" rəngindədir.

Milli.Az auto.az-a istinadən bildirir ki,  modelin hibrid qurğusuna 3,8-litrlik benzin V8 mühərriki, tökmə-ionlu akkumulyatordan qidalanan elektromotor və ikimuftalı 7-pilləli robotlaşdırılmış sürət qutusu daxildir. Sportkarın ümumi gücü 916 a.g.-dür. O, 100 km/saata 2,5 saniyəyə sürətlənir, maksimal sürət isə 350 km/saatdır. Yalnız elektrik mühərriki ilə o, 10 km məsafə qət edə bilər.

2015-ci ilin iyununda "McLaren" şirkəti sportkar "P1"-in xüsusi versiyasını göstərdi. Avtomobil dördqat Formula-1 çempionu Alen Prostun şərəfinə hazırlanıb. Avtomobilin banı məşhur yürüşçünün şlamının üslubuna uyğun rəng alıb. Bu, Fransa bayrağını xatırladır. Avtomobilin tünd tonlarda hazırlanan salonunda yeni idman oturacaqları quraşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/photos/361610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR