"Qalatasaray"dan het-trik və rekord - VİDEO

"Qalatasaray"dan het-trik və rekord -   VİDEO
12:07 9 Avqust 2015
44 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Super Kubokunun qalibi müəyyənləşib. Fanat.az хəbər verir ki, Ankarada keçirilən oyunda "Qalatasaray" "Bursaspor"u sınağa çəkib. 

Oyun "Cim-Bom"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 21-ci dəqiqədə Yasin Öztekin imza atıb. 88-ci dəqiqədə Emre Çolak qırmızı vərəqə alsa da, "Bursaspor" say üçtünlüyündən yararlana bilməyib.

Bununla da "Qalatasaray" "Qızıl het-trik" edib. Belə ki, "Cim-Bom" son mövsümdə həm Super Liqanın, həm də Türkiyə Kubokunun qalibi olmuşdu. "Aslanlar" kubokun finalında məhz "Bursaspor"u yenmişdi (3:2). "Qalatasaray" tariхi ərzində 14-cü dəfə Super Kubokun qalibi olub. Bu Türkiyə rekordu hesab olunur.


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotdan-het-trik-v-rekord-t43125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR