AKP qərargahına silahlı hücum

AKP qərargahına silahlı hücum
12:12 9 Avqust 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə naməlum silahlı şəxslər hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldaki qərargahına hücum ediblər. 

Milli.Az "report"a istinadəne bildirir ki, asayiş keşikçiləri terrorçulara dərhal cavab atəşi açıblar. 

Hadisə yerinə çevik polis qüvvələrinin cəlb ediləcəyindən ehtiyat edən silahlı şəxslər qısa müddət sonra qərargah binasından uzaqlaşıblar.

Terrorçuların tutulması üçün geniş miqyaslı əməliyyat başlayıb.

Baş nazir Əhməd Davutoğlu artıq hadisəyə münasibət bildirib. Hökumət başçısının sözlərinə görə, Türkiyədə sabitliyi pozmağa çalışan terrorçular istəklərinə nail ola bilməyəcəklər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361786.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR