Türkiyəli aktrisa Bade İşçıl 2 ay fasilədən sonra ilk dəfə sosial şəbəkədə foto paylaşıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 3 illik həyat yoldaşı, iş adamı Malkoç Süalpdan ayrılmağa hazırlaşan Bade onunla eyni gündə dünyaya gələn oğlu Azurun 1 yaşını İnstaqramda təbrik edib.
Oğlu ilə çəkdirdiyi şəkildə İşçılın xoşbəxt olduğu görülür.
