Millimizin üzvü “Qalatasaray”da oynaya bilər

Millimizin üzvü “Qalatasaray”da oynaya bilər
13:12 9 Avqust 2015
62 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın  U-19 yığmasının üzvü  Cem Felek karyerasını "Qalatasaray"da davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən bildirir ki, 19 yaşlı futbolçu ilə razılıq əldə olunub.

Son olaraq Şotlandiyanın "Aberdin" klubunda forma geyən yarımmüdafiəçinin "Qalatasaray"ın U-21 komandasında oynayacağı iddia edilir.

Türk əsilli C.Felek 13 yaşında "Xəzər Lənkəran"la müqavilə bağlayıb. Sonradan o, Almaniyanın "Ayntraxt" klubunun futbol akademiyasına gedib və 2011-2013-cü illər arasında "Ayntraxt" U-17 komandasında oynayıb. 2013-cü ildə isə Cem Fələk "Bohum" klubuna keçibvə 2013-14 mövsümündə komandanın U-19 heyətində çıxış edib.

Cem Felek 2012-ci ildə 17 yaşadək futbolçulardan ibarət millimizə çağırılıb və meydana çıxdığı 11 oyunda 5 qol vurub. 2014-cü ildən isə o, 19 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət alır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR