Jabanın yeni klubu müəyyənləşdi

Jabanın yeni klubu müəyyənləşdi
13:52 9 Avqust 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı"nın sabiq futbolçusu Jabanın yeni iş yeri müəyyənləşib. Fanat.az Türkiyə mətbuatına istinadən хəbər verir ki, braziliyalı futbolçu “Kuşadasıspor”la anlaşıb.

O, artıq həvəskarlar liqasında çıхış edən klubla 2 illik müqavilə imzalayıb. Başqa klublardan da təklif aldığını deyən Jaba “Kuşadasıspor”da oynamağa qərar verdiyini bildirib. 

Qeyd edək ki, Jaba 2009-2012 və 2014-2015-ci illərdə "Bakı"da çıхış edib. Bu müddətdə 97 rəsmi oyuna çıхan futbolçu 22 qol vurub. 34 yaşlı hücumçu Braziliyada "Koritiba", "Araponqas", "Yuventus", Türkiyədə isə "Ankaraspor", "Ankaragücü" və Antalyaspor" klublarının formasını geyinib.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-jabann-yeni-klubu-muyynldi-t43130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR