x
Loading...

Çempion xal itirdi

Xəbər verdiyimiz kimi, İngiltərə Premyer Liqası start götürüb.

Metbuat.az-ın məlumatına görə, son çempion "Çelsi" birinci turda "Suonsi"ni qəbul edib.

Oyunda hesab 23-cü dəqiqədə açılıb. Oskar cərimə zərbəsini dəqiq yerinə yetirib. 29-cu dəqiqədə Ayyu hesaba tarazlıq gətirib. Qoldan bir dəqiqə sonra Vilyanın ötürməsi Federiko Fernandesin ayağına dəyib və kuryoz qol qeydə alınıb. Nəticədə "Çelsi" 2:1 önə keçib. İkinci hissədə "mavilər"in qolkiperi Tibo Kurtua "Suonsi"nin hücumçusu Bafitimbi Qomisə qarşı qaydanı pozub. Nəticədə hakim Kurtuanı meydandan qovmaqla yanaşı, "Çelsi"nin qapısına penalti təyin edib. 11 metrlik zərbəni dəqiq yerinə yetirən Qomis status-kvonu bərpa edib. Görüşdə başqa qol olmayıb.

Premyer Liqa

"Çelsi" - "Suonsi" - 2:2

Qollar: Oskar, 23, Fernandes, 30 (öz qapısına) - Ayyu, 29, Qomis, 55

Oyunun icmalını təqdim edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR