Keçmiş əri Günay Musayevanı polisə verdi

Keçmiş əri Günay Musayevanı polisə verdi
14:17 9 Avqust 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az musavat.com-a istinadən bildirir ki, Azərbaycan əsilli model Günay Musayeva əri Tolqa Karel tərəfindən polisə verilib. Oğlu Cahangirlə polisə getmə və oradan ayrılma anlarını qeydə alan Türkiyə televiziyaları Günay Musayevanı danışdırıblar. Xanım Musayevə qəzəblə bildirib  ki, onun əri "ruh xəstəsidir". Tolqa onu qaçaq işçi - baxıcı saxlamaqla suçlayıb və polisə şikayət edib. Polis isə heç bir əsası olmadığı üçün Musayevanı ifadə almadan azad buraxıb. 

"Boşanma davası açacam, mənim bu ruh xəstəsindən başqa qurtuluşum yox", deyən G. Musayeva bildirib ki, əri Tolqa ilyarımdır onlardan ayrı yaşayır və oğlu Cahangiri görməyə belə gəlmir.

Türkiyə mediasına görə, Tolqa Karel doğrudan da alkoqolik və psixi problemləri olan bir tipdir. O, bundan əvvəl də öz arvadını bir neçə dəfə polisə verib.  
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/361803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR