Azərbaycan Premyer Liqasına start verilir

Bu gün Azərbaycanda futbol həyəcanı başlayır.

Metbuat.az-ın məlumatına görə, bu gün Topaz Premyer Liqasına start veriləcək. İlk oyun günündə 3 görüş keçiriləcək.

"Zirə"  Premyer Liqada debüt edəcək. Heyətini yeni transferlərlə gücləndirən klubun rəqibi AZAL olacaq.

Gəncləşdirmə siyasətinə üstünlük verən "Neftçi" Premyer Liqaya qayıdan "Kəpəz"i qəbul edəcək. Şahin Diniyevin rəhbərlik etdiyi Gəncə klubu səfərdən xalla qayıtmaq istəyir.

"Xəzər Lənkəran" isə doğma meydanda maliyyə problemlərindən əziyyət çəkən "İnter"i qəbul edəcək. Bütün oyunları saat 21:00-da başlayacaq.

9 avqust

Azərbaycan Premyer Liqası, 1-ci tur

21:00. “Neftçi” – “Kəpəz”
Hakimlər:
Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov
Bakı. 8-ci km qəsəbə stadionu.

21:00. “Zirə” – AZAL
Hakimlər:
Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov
Zirə Olimpiya İdman Kompleksinin stadionu

21:00. “Xəzər Lənkəran” – “İnter”
Hakimlər:
Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev
“Xəzər Lənkəran” mərkəzi stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR