x
Loading...

Mercedes C-Class fərqli görkəm aldı - FOTO

Mercedes C-Class fərqli görkəm aldı - FOTO
15:32 9 Avqust 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

"Mercedes" şirkəti sedan "C-Class"-ın yeni modifikasiyasını təqdim edib. Yenilik "C 200 Sports Edition" adlandırılıb və Yaponiya bazarı üçün nəzərdə tutulub. Avtomobil məhdud sayda - 700 ədəd buraxılacaq. O, 2015-ci il avqustun sonlarında satışa çıxarılacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki,  model sedan "C 200 Avantgarde"-ın standart modifikasiyasının bazasında yığılıb. Avtomobil AMG paketi ilə təchiz edilir və 18-düymlük yüngül lehimli təkər diskləri, "Airmatic" asılqan alıb. Avtomobilin banı 2 rəngdə ola bilər - "Polar White" və "Obsidian Black". Avtomobilin salonunda yeni idman oturacaqları, pedal üzərində paslanmayan poladdan əlavələr və təkmilləşdirilmiş cihazlar paneli quraşdırılıb. Yeniliyin texniki göstəriciləri barədə hələlik məlumat yoxdur.

2015-ci ilin sentyabrında keçiriləcək Frankfurt avtosalonunda "Mercedes" kupe banında olan "C-Class" modelini təqdim edəcək. Avtomobil enli radiator barmaqlığı, böyük hava çıxıntıları, diodlu hərəkət işıqları olan fənərlər alacaq. Qeyri-rəsmi məlumatlara görə, avtomobilin uzunluğu 4690 mm olacaq. Avtomobil 2,0-litrlik benzin turbo mühərriki alacaq. Mühərrik 241 a.g. və 310 Nm fırlanma anı verəcək. Həmçinin 3,0-litrlik V6 da əldə etmək olar. Onun gücü 329 a.g. və 479 Nm fırlanma anı olacaq. Bundan əlavə, alıcı "C-Class Coupe" və dizel mühərriki olan modifikasiyalar da əldə edə bilər.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/photos/361609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR