Rus ordusuna erməni ittihamı

Rus ordusuna erməni ittihamı
15:56 26 Yanvar 2015
217 Dünya
Ölkə mətbuatı
A- A+

Erməni polisi rus əsgər Valeri Permyakovun Gümrüdə faciə törədərkən tək olmadığını ehtimal edir.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın polis rəisinin birinci mavini, general-leytenant Unan Poqosyan bildirib. General-leytenant məsələnin araşdırıldığını deyib.

O, qətlin törədildiyi günü daha 6 rus hərbçisinin də 102-ci hərbi bazadan qaçdığı məsələsinə də aydınlıq gətirib. Poqosyan bunun həqiqətəuyğun olmadığını bildirib.

Qeyd edək ki, yanvarın 12-də Gümrüdə 6 ailəlik Avetisyanlar ailəsi güllələnmişdi. Süngü ilə dəlik-deşilən 6 aylıq uşaq isə sonradan xəstəxanada dünyasını dəyişmişdi. Qətli törətməkdə əsas şübhəli kimi rus hərbçi Valeri Permyakov saxlanılıb. Erməni tərəfi Permyakovun ermənilər tərəfindən mühakimə edilməsini tələb etsə də Rusiya onu vermir.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR