Yunan-Roma güləşçilərimiz üçün 1 qızıl və 1 bürünc şansı

Yunan-Roma güləşçilərimiz üçün 1 qızıl və 1 bürünc şansı
18:32 9 Avqust 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

46 kq çəkidə mübarizə aparan Zaur Nuriyev əvvəlcə Belarus, ardınca Ermənistan təmsilçisinə qalib gəlib. Yarımfinalda Türkiyə güləşçisinə uduzan Zaur bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Latviya idmançısı olacaq.

100 kq çəki dərəcəsində yığmamızın üzvü Camal Feyziyev Xorvatiya, Bosniya və Hersoqovina və Rumıniya güləşçilərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda güləşçimizi Rusiya təmsilçisi ilə gərgin və maraqlı görüş gözləyir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR