x
Loading...

Zaqatala fermerləri 84 hektar sahədə təkrar əkin aparıblar

Zaqatala fermerləri 84 hektar sahədə təkrar əkin aparıblar
17:48 9 Avqust 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 9 avqust, AZƏRTAC
Taxıl biçini kampaniyası başa çatdıqdan sonra Zaqatala rayonunun təsərrüfatlarında payızlıqların səpini üçün yay şumunun çıxarılmasına və təkrar əkinlərə başlanılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək təsərrüfatlarda 1015 hektar sahədə şum aparılıb. Fermerlər, eyni zamanda, 84 hektar sahədə təkrar əkin həyata keçiriblər. Təkrar əkin aparılan sahələr ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə artıb.
Mütəxəssislərin bildirdiyinə görə, ölkəmizdə dən və yaşıl yem istehsalının artırılmasında əsas ehtiyat mənbələrindən biri təkrar əkinlərin tətbiq edilməsidir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatala_fermerleri_84_hektar_sahede_tekrar_ekin_apariblar-876376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR