Samur-Abşeron kanalında batan gəncin cəsədi tapılıb

Samur-Abşeron kanalında batan gəncin cəsədi tapılıb
19:17 9 Avqust 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 30 iyul 2015-ci il tarixində Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralıdakı nəzarətsiz ərazidə) çimərkən batmış 1995-ci il təvəllüdlü Vüqar Rövşən oğlu Paşayevin axtarışları başa çatıb.

V.Paşayevin cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 2 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR