Yeni erməni rus savaşı

Yeni erməni rus savaşı
16:01 26 Yanvar 2015
142 Dünya
Ölkə mətbuatı
A- A+

“Rus əsgər Permyakovu mühakimə etmək yox, şaqqalamaq lazımdır”.

ANS PRESS-in məlumatına görə, bu təklifi erməni jurnalist Qalust Qriqoryan Gümrüdə bir ailənin 7 nəfərinin öldürülməsi ilə bağlı yazdığı son məqaləsində irəli sürüb.

Məqalə müəllifi Rusiya şəhərlərində ermənilərə qarşı son günlərdə artan təzyiqləri də yada salıb. “Hazırda Rusiyada işləmək ermənilərə maliyyə cəhətdən də yararlı deyil. Daha da pis olacaq”, - deyən jurnalist strateji tərəfdaş kimi Rusiyadan mtina etməyə çağırıb.

“Rusiya iqtisadiyyatın düşdüyü vəziyyətə görə, 1993-1995-ci illərə qayıdıb, durum daha da pis olacaq”, - deyə Qriqoryan tezliklə Rusiya iqtisadiyyatının məzara gömüləcəyini vurğulayır: “Təəssüf ki, bu iflasın zərbəsini biz daha çox hiss edəcəyik. Bundan vaxtında qaçmaq lazımdır”.

Ermənilər Avetisyanlar ailəsinin qatili olduğu iddia edilən Valeri Permyakovun erməni məhkəməsinə verilməsini tələb edirlər. Moskva isə Rusiyanın hazırkı Konstitusiyasına istinadən bildirir ki, Rusiya vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim edilə bilməz.

Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir.

Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakovun yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirdiyi iddia edilir. Hadisə zamanı yalnız 6 yaşlı Seryoca sağ qalmışdı. Bu günlərdə dünyasını dəyişmiş Seryoca Gümrüdə dəfn edilib. Valeri Permyakovun Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutulduğu bildirilib.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR