Cavid Hüseynovun bibisi oğlu və daha bir neçə nəfr saxlanıldı - Jurnalistin ölümünə görə

Cavid Hüseynovun bibisi oğlu və daha bir neçə nəfr saxlanıldı -  Jurnalistin ölümünə görə
19:44 9 Avqust 2015
193 Ölkə
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin futbolçusu Cavid Hüseynovu “facebook” sosial şəbəkəsində təhqir etdiyinə görə döyülən və bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı saxlanılanlar var.

 

 

Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.

 

Musavat.com-un əldə etdiyi məlumata görə, "Qəbələ"nin sabiq kapitanının saxlanılan bibisioğlunun ad-soyadı Elşən İsmayılovdur. O da peşəkar idmançıdır, bəzi komandaların əvəzedici heyətində oynayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/211043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR