Arıqlamaq üçün möcüzəli yemək – kərəviz şorbası

Arıqlamaq üçün möcüzəli yemək – kərəviz şorbası
21:17 9 Avqust 2015
244 Maraqlı
Ölkə mətbuatı
A- A+

Amerika cərrahları artıq çəkidən əziyyət çəkən insanların əməliyyatdan əvvəl arıqlaması üçün bu şorbanı hazırlayıblar.
Olduqca effektiv təsir edən bu şorba ilə saxlanılan diyet çox sərt deyil və tez zamanda arıqlamağa imkan verir. Kərəviz diyetinin əks göstərişləri və ya hansısa məhdudiyyətləri yoxdur, bu diyeti hər gün də etmək olar. Müntəzəm istifadə etdikdə kərəviz bərpaedici, cavanlaşdırıcı və hətta təmizləyici təsirlərə malikdir.
Milli.Az sağlamolun.az-a istinadən bildirir ki, kərəviz diyeti 1 həftə üçün nəzərdə tutulub, bu günlər ərzində üzüm, banan və kartofdan başqa digər meyvə-tərəvəzləri yemək olar. Həmçinin istənilən qədər təmiz su, qazsız mineral su, yaşıl çay və şəkərsiz kofe də içmək olar. Bu diyet zamanı əsas şərt - hər gün bir boşqab bu möcüzəli şorbadan yeməkdir.
Asan həzm olunan kərəviz şorbası diyetik, yağ əridici təsirlərə malikdir və çox faydalıdır.
Kərəviz şorbası üçün lazım olab məhsullar:
- Kərəviz sapı - 400 qr
- Ağ kələm - 0,5 kq
- Baş soğan - 6 ədəd (böyük olmayan)
- Təzə və ya konservləşdirilmiş pomidor - 3 ədəd (orta ölçüdə)
- Yaşıl şirin bibər - 2 ədəd
- Duz, qara istiot.
Hazırlanması:
Tərəvəzlər doğranılır, üzərinə 3 litr su tökülür, zövqə görə duz və biraz qara döyülmüş istiot əlavə edilir. Qazan oda qoyulur, qaynadılır və 10 dəqiqə bişirilir. Bundan sonra od daha zəif edilir və yavaş od üzərində bütün tərəvəzlər yumşalana qədər bişirilir.
Beləliklə, kərəviz şorbası hazırdır.
Nuş olsun!
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR