İŞİD kraliçanı hədəfə alıb

İŞİD kraliçanı hədəfə alıb
21:31 9 Avqust 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD-in Böyük Britaniya kraliçası 2-ci Yelizavetanın gələn həftə qatılacağı bir mərasiminə bombalı hücum etməyi planlaşdırdığı iddia edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə "Mail on Sunday" qəzeti iddia edib. Qəzetin iddiasına görə, ingilis təhlükəsizlik gücləri tərəfindən üstü açılan sui-qəsd planı İkinci Dünya müharibəsinin sona çatmasının 70 illiyi münasibəti ilə keçiriləcək mərasimdə gerçəkləşdirilməli idi. Qəzetin yazdığına görə, ingilis polisi və digər təhlükəsizlik qüvvələri sözügedən sui-qəsd planını pozmaq üçün çox böyük səy göstərib.

Kraliça 2-ci Yelizavetanın də aralarında olduğu ingilis kral ailəsinin təmsilçiləri gələn şənbə Londonda keçiriləcək hərbi parada və kilsə mərasiminə qatılacaq. Xəbərin yayımlanmasından sonra Böyük Britaniya təhlükəsizlik gücləri xalqdan çaxnaşmaya qapılmamağı xahiş edib.

"Mail on Sunday" qəzeti hücum planı quran terrorçuların Böyük Britaniya vətəndaşı olduqlarını və Suriyadakı başçılarının əmri ilə hərəkət etdiklərini irəli sürüb. Xəbərə görə, terrorçular 2013-cu ildə keçirilmiş Boston marafonu zamanı istifadə edilmiş bombaya bənzər silahdan istifadə etməyi planlaşdırıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR