Bakıda döyülərək öldürülən jurnalist Rasim Əliyev son mənzilə yola salınıb.
“Qafqazinfo” xəbər verir ki, Mehdiabadda keçirilən dəfn mərasimində mərhumun dostları, qohumlar, jurnalistlər iştirak ediblər.
Jurnalisti son mənzilə yola salanlar arasında olan nişanlısı Gülər Abbasova özünü mərhumun məzarından bir ovuc torpaq götürməklə ovundurub.
Qeyd edək ki, Rasim Əliyev avqustun 16-da 31 yaşını qeyd edəcəkdi. O, toya hazırlıqlar görürdü.