Yatmaq formasının yaddaşsızlığa təsir edə biləcəyi məlum olub.
Amerikanın Stony Brook Universitetinin alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, yanı üstə yatarkən beyin təmizlənir. Üzüstə və arxası üstə yatmaq insanların beyninə yaxşı təsir etməsə də yanı üstə yataraq beyin yorğunluğundan xilas olmaq mümkündür.
Milli.Az musavat.com-a istinadən bildirir ki, beyin fəaliyyətini araşdıran alimlərin sözlərinə görə, böyrü üstə yatarkən qan-damar sistemi aktivləşir, orqanizmdə qanın hərəkəti sürətlənir, bakteriyalar və viruslar təmizlənir. Bu cür yatmaq forması beyni kimyəvi maddələrdən də təmizləyir.
Yanı üstə yatmaq amneziya ilə birlikdə bir çox sinir xəstəliyinin müalicəsi üçün də faydalıdır. Araşdırmanın nəticələri ""Journal of Neuroscience" jurnalında da yayımlanıb.
Milli.Az