Məşhur müğənni Demis Russos vəfat edib

Məşhur müğənni Demis Russos vəfat edib
16:07 26 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 16:03 ]

Bakı – APA. Məşhur yunan müğənnisi Demis Russos Afinada 69 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “Le Figaro” qəzeti sənətçinin qızı Emiliyə istinadən məlumat yayıb. Ölümün səbəbləri hələlik bəlli deyil.

 

Əsl adı Artemios Ventouris Roussos olan müğənni 1946-cı ildə Misirin İsgəndəriyyə şəhərində yunan ailəsində anadan olub. 1950-ci illərin ortalarında ailə Yunanıstana köçüb. D. Russos solo yaradıcılığa 1971-ci ildə başlayıb və həmin il “On The Greek Side Of My Mind” adlı ilk albomunu buraxıb. 1975-ci ildə onun 3 plastik valı 10 ən yaxşı albomun siyahısında yer tutub. Sənətçi yaradıcılığı boyunca 29 albom buraxıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR