x
Loading...

Şahin Diniyev: "Şəhriyar Əliyev qırmızı vərəqəni..."

Şahin Diniyev: "Şəhriyar Əliyev qırmızı vərəqəni..."
22:52 9 Avqust 2015
81 İdman
Ölkə mətbuatı
A- A+

Şahin Diniyev "Neftçi" ilə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi oyundan sonra bunları deyib: 

"Gərgin oyun alındı. Biz Premyer Liqaya layiq şəkildə oynamağa çalışdıq. “Neftçi” oturuşmuş heyətə malikdi. “Kəpəz” isə yeni formalaşıb. Müəyyən çatışmazlıq var ki, onları aradan qaldırmalıyıq. Mən çalışdım ki, əvəzetmələrin hesabına oyununun ritmini qoruyum. Tamaşaçılara minnətdaram. Həm “Neftçi”, həm də “Kəpəz” azarkeşləri bu gün necə dəstək olmaq lazım olduğunu göstərdilər. Şəhriyar Əliyev qırmızı vərəqəni komandaya kömək etmək istəyərkən aldı. Mən oyundan çıxan zaman onun əlini sıxdım. Oyunu itirmək olar, futbolçunu yox.  Şəhriyar qəsdən heç bir şey eləmədi. Futbolçu qırmızı vərəqə alarkən pis durumda olur. Onun üzərinə getmək olmaz”.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ahin-diniyev-quothriyar-liyev-qrmz-vrqniquot-t43151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR