İlham Əliyev yeni hədəfləri açıqladı (VİDEO)

İlham Əliyev yeni hədəfləri açıqladı  (VİDEO)
23:56 9 Avqust 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda turizm sektorunun inkişafı üçün görülən işlər səylə davam etdirilir. Prezident İlham Əliyev turizm sektorunun daha da inkişaf etdirilməsi üçün ölkənin tanıdılması və turist axının cəlb ediməsindən danışıb.

ANS TV-nin məlumatına görə, Azərbaycan kimi gözəl yerlərə və təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki, bu daimi gəlir mənbəyidir. Bu fikirləri prezident İlham Əliyev Qalaaltı İstirahət Kompleksinin açılışındakı çıxışı zamanı səsləndirib:

“Təbii sərvətlər, yəni neft, qaz bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur. Bəzi ölkələrin gəlirləri turizm üzərində qurulub. Bizdə tanıtmalıyıq ölkəni”.

Dövlət başçısı deyib ki, turizmin inkşafı üçün birinci şərt ölkədə beynəlxalq irimiqyaslı tədbirlərin keçirilməsidirsə, ikinci şərt infrastrukturun inkişaf etdirilməsidir.

Son vaxtlar respublikanın müxtəlif bölgələrində yüksək standartlara cavab verən otellərin, istirahət mərkəzlərinin tikilməsini yüksək qiymətləndirən prezident İlham Əliyev onu da əlavə etdi ki, bu işlər dünyada gedən iqtisadi böhran dönəmində baş verib:

“Bu gün elə bir ölkə tapmaq çətindir ki, bu böhran ona təsir etməsin - hansısa ölkələrə daha çox, hansısa ölkələrə daha az. Amma Azərbaycan böhranlı illərdə inkişaf edir. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”.

Prezident görülən işlər nəticəsində tezliklə Azərbaycanın tam turizm ökəsinə çevriləcəyindən əminliyini də vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR