Ermənistan polisi rəisinin müavini: “Permyakovun cinayəti təkbaşına törətmədiyi istisna olunmur”

16:07 26 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 15:59 ]

Bakı – APA. Gümrüdə Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinən rusiyalı hərbçi Valeriy Permyakovun cinayəti təkbaşına törətmədiyi istisna olunmur.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, istintaqın nəzərdən keçirdiyi versiyaların birinə əsasən, V. Permyakov cinayəti başqa şəxslərlə birgə törədib.

 

Ermənistan polisi rəisinin I müavini Unan Poqosyan bildirib ki, ilkin istintaq getdiyindən müxtəlif versiyalar irəli sürülməkdədir. Ermənistan və Rusiya hüquq-mühafizə orqanları nümayəndələrinin birgə çalışdığını deyən U. Poqosyan qeyd edək ki, ilkin istintaq başa çatandan sonra bir çox məqamlara aydınlıq gətiriləcək.

 

O həmçinin hadisə baş verən gün Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından 6 hərbçinin qaçması ilə bağlı yayılan şayiələri təkzib edib.

 

Xatırladaq ki, yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov bir ailənin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gündən sonra xəstəxanada ölüb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR