ABŞ-ın Kolorado ştatındakı Animas çayı parlaq xardal rənginə boyanıb

00:28 10 Avqust 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 10 avqust, AZƏRTAC
ABŞ-ın Kolorado ştatındakı Animas çayı parlaq xardal rənginə boyanıb.
AZƏRTAC Rusiyanın vesti.ru saytına istinadla xəbər verir ki, buna səbəb suya 4 milyon litrdən çox toksik maddənin düşməsi olub. Suda aparılan testlər göstərir ki, çayın turşuluq səviyyəsi 100 dəfə çoxalıb. Bu da həmin rayonda flora və faunaya ciddi zərər verə biləcəyini göstərir.
Belə böyük miqyasda çirklənmənin səbəbi insanların laqeydlik göstərərək bu barədə müvafiq qurumlara məlumat verməməsi olub. Təbiətə vurulan zərəri ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin əməkdaşları qızıl yatağında təmizlik işləri apararkən təsadüfən görüblər. Uzunluğu 200 kilometrdən çox olan çay yaxın ərazidəki yaşayış məntəqələrinin içməli su mənbəyidir. Agentlik dəymiş ziyanın aradan qaldırılması üçün məsuliyyəti öz üzərinə götürüb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_Kolorado_statindaki_Animas_chayi_parlaq_xardal_rengine_boyanib-876385

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR