x
Loading...

Daşqın nəticəsində ölənlərin sayı artır (VİDEO)

Daşqın nəticəsində ölənlərin sayı artır (VİDEO)
00:21 10 Avqust 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Myanmada baş verən daşqın nəticəsində ölənlərin sayı 80-i ötüb.

ANS TV-nin məlumatına görə, Myanmada daşqınların fəsadları artır. Musson yağışlarının səbəb olduğu güclü daşqınlar nəticəsində ölənlərin sayı 80-i ötüb.

Təbii fəlakətdən ən çox ziyan çəkmiş Nyaungdon şəhəri və ətrafdakı əksər kəndlər tamamilə su altında qalıb. Çaylarda suyun səviyyəsi təhlükəli həddə çatıb.

Güclü daşqın kənd təsərrüfatı sahələrinə də ciddi ziyan vurub. 360 mindən çox sakin evakuasiya edilib.

Hökumət yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

Avropa Komissiyası təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Myanmaya 1 milyon avro həcmində yardım ayıracağını bəyan edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR