Təyyarə helikopterlə toqquşdu: 8 ölü

Təyyarə helikopterlə toqquşdu: 8 ölü
03:41 10 Avqust 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva yaxınlığında İstra su anbarı üzərində havada helikopterlə yüngül mühərrikli hidroplan toqquşub.

ANS PRESS-in məlumatına görə, nəticədə azı 8 nəfər ölüb. Ölənlər arasında iki uşaq da var. Onlardan birinin 8 digərinin isə 14 yaşı olub.

"Sessna-206"hidroplanı və "Robinson" helikopteri arasında toqquşma yerli vaxtla saat 20:18-da baş verib, qəza nəticəsində hər iki maşın suya düşüb. Hadisə yerində işləyən xilasedicilər 8 nəfərin həlak olduğunu təsdiq ediblər.


"Sessna-206" hidroplanı


"Robinson" helikopteri

İstintaq qəzanın səbəbini ilk növbədə pilotlardan birinin səhvə yol verməsində görür.

Müxtəlif məlumatlara görə, bu iki avianəqliyyat vastəsinin göyərtələrində ümumilikdə 5-dən 9-dək adam ola bilərdi. Güman edildiyinmə görə, qəzadan sağ çıxan olmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=357543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR