İstanbulda güclü partlayış: yaralılar var

İstanbulda güclü partlayış: yaralılar var
04:31 10 Avqust 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

İstanbulda növbəti dəfə terror aktı törədilib.

ANS PRESS-in məlumatına görə, şəhərin Sultanbeyli rayonunda yerləşən Fatih polis mərkəzi partladılıb.

Partlayış nəticəsində 5 polis və 2 dinc sakinin yaralandığı bildirilir. Partlayışdan sonra 3 mrtəbəli binada yanğın baş verib. Binanın bir hissəsi çöküb. Terror aktının baş verdiyi yerə yaxın ev və maşınlara da ziyan dəyib.

Partlayışdan sonra hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar təcili tbbi yardım maşınlaı ilə Sultanbeyli dövlət xəstəxanasına çatdırılıb. Yanğınsöndürənlərin isə alovun qarşısını ala bilib.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub və araşdırmalara başlanılıb. Bundan başqa terror aktını törədənlərin tapılması üçün xüsusi əməliyyata başladılıb.










Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR