Qat-qat xəmirdən giləmeyvəli tort

Qat-qat xəmirdən giləmeyvəli tort
07:05 10 Avqust 2015
181 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az qat-qat xəmir və giləmeyvədən tortun hazırlanma qaydasını təqdim edir

(Giləmeyvəni banan və kivi, həmçinin ananasla da əvəz edə bilərsiniz)

Tərkibi: 

500 q hazır qat-qat xəmir
450 q 25%-li xama
100 q şəkər tozu
təzə giləmeyvə (ürəyiniz istəyən)
1 paket xama qatılaşdırıcısı

İki lay xəmiri 3 mm qalınlıqda yayıb, 2, yaxud 3 kvadrata bölün. 
Perqament döşənmiş siniyə qoyub növbə ilə hər birini 7-10 dəqiqə 210-220 dərəcə temperaturda (qızılı rəng alınca) bişirin. 

Krem:  Xamanı şəkər tozu və qatılaşdırıcı ilə çalın. Vanilli şəkər də əlavə edə bilərsiniz. 

Birinci korju qaba qoyub üzərinə krem çəkin, giləmeyvə düzün. Digər korjları da eyni qaydada üst-üstə düzün. Tortun üzərinə və kənarlarına çoxlu krem çəkib üzərinə korjların qırıntılarını səpin. 

Nuş olsun! 

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/361721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR