Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 10-da İstanbulun Sultanbəyli payonundakı Fatih Polis Mərkəzinə təşkil edilən hücumda 5 polis məmuru və 2 vətəndaş yaralanıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadən xəbər verir ki, Sultanbəylinin Neft Yolu küçəsindəki 3 mərtəbəli polis mərkəzi bomba ilə partladılıb. Binanın yaxınlığındakı bəzi ev, iş yeri və digər tikililər zədələnib.
Partlayışdan sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürmə və səhiyyə briqadası cəlb edilib. Yaralılar Sultanbəyli Dövlət Xəstəxanasına aparılıb. Binalardan birində baş verən yanğın söndürülüb.
Aralarında xüsusi təyinatlı işçilərin də olduğu çox sayda polis dəstəsi məntəqə ətrafında təhlükəsizlik tədbirləri görülür. Terror hücumunu törədənlərin yaxalanması üçün əməliyyata başlanılıb.