x
Loading...

Millimiz 6 qol vurdu, İngiltərəyə qalib gəldi

Millimiz 6 qol vurdu, İngiltərəyə qalib gəldi
09:05 10 Avqust 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası üçüncü qələbəsini qazanıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz İngiltərə yığmasını 6:5 hesabı ilə məğlub edib. Asif Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Sabir Allahquliyev, Orxan Məmmədov, Elçin Qasımov Ramil Əliyev fərqləniblər.

Xatırladaq ki, futbolçularımız turnirdə avqustun 7-də keçirdiyi ilk oyunda Rumıniya yığmasına 6:2, avqustun 8-də isə Moldova komandasına 4:0 hesabı ilə qalib gəlmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR