​Almaniyada “Herta” klubunun avtobusu atəşə tutulub

​Almaniyada “Herta” klubunun avtobusu atəşə tutulub
10:13 10 Avqust 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 Avqust. REPORT.AZ/ Almaniyada naməlum motosiklet sürücüsü Berlinin “Herta” futbol klubunun avtobusunu atəşə tutub.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, nəqliyyat vasitəsi oyunçu və məşqçiləri bu gün yerli “Arminiya” klubu ilə keçiriləcək Kubok oyununa aparmaq üçün Bilefeld şəhərindəki dəmir yolu vağzalı istiqamətində hərəkət edirmiş.
Məlumata görə, cinayətkar sürücünü əvvəlcə yumruqla hədələyib, daha sonra isə ona tərəf atəş açıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/almaniyada-herta-klubunun-avtobusu-atese-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR