Ermənilər minaatan və iriçaplı pulemyotlarla atəşkəsi pozdu

Ermənilər minaatan və iriçaplı pulemyotlarla atəşkəsi pozdu
10:19 10 Avqust 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

 

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qızıloba, Çiləbürt, Yarımca,Ağdam rayonunun Şıxlar, Sarıcalı, Cəvahirli, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
 

Düşmən cavab atəşi ilə susdurulub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/211049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR