x
Loading...

"Xəzər Lənkəran" və "Zirə" qələbə ilə başladı, "Neftçi" xal itirdi (Nəticələr)

Azərbaycan Premyer Liqasında 2015-16 mövsümünə start verilib.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

Çempionatda debüt edən "Zirə" AZAL-ı qəbul edib. Oyunda hesab 6-cı dəqiqədə açılıb. Viktor İqbekoyi "Zirə"yə qələbə qazandıran qola imza atıb. Görüş elə bu hesabla da bitib.

"İnter"i qəbul edən "Xəzər Lənkəran" rəqibini məğlub edib. Lənkəran təmsilçisinin qollarına Elnur Cəfərov və Rahid Əmirquliyev imza atıb. "Neftçi" - "Kəpəz" matçında isə hesab açılmayıb.

Premyer Liqa I tur

09 avqust (bazar)
"Zirə" – AZAL - 1:0
Qol: Viktor İqbekoyi, 6
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
Zirə Olimpiya İdman Kompleksinin stadionu

"Neftçi" – "Kəpəz" - 0:0
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
"Bakcell Arena".

"Xəzər Lənkəran" – "İnter" - 2:0
Qollar: Elnur Cəfərov, 7, Rahid Əmirquliyev, 31
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
"Xəzər Lənkəran" mərkəzi stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR